Qətər Səfirliyi qarşısında silahlı hücum

Türkiyənin paytaxtı Ankarada yerləşən Qətər Səfirliyi qarşısındakı avtomobilə atəş açılması nəticəsində bir təhlükəsizlik işçisi yüngül yaralanıb.
 
Maide.az xəbər verir ki, Qətər Səfirliyinin 47 yaşlı təhlükəsizlik işçisi Oktay Gürbüz səfirlik binasına yaxınlaşan bir avtomobilin sürücüsünə xəbərdarlıq etdiyi zaman silahlı hücuma məruz qalıb.
 
"Vinçestr" markalı tüfənglə açılan atəş nəticəsində yüngül xəsarət alan Gürbüzün hospitaldakı müalicəsindən sonra polis idarəsində ifadə verdiyi bildirilir.
 
Hadisənin aralarında ədavət aparan iki qrup arasındakı hesablaşma olduğu güman edilir.

Google+ WhatsApp ok.ru