Qərbin sanksiya tətbiq etdiyi “Rosneft” Azərbaycan neftini ələ keçirdi

Rusiya şirkəti Xəzər neftini daşıyan “Petrocas Energy Limited” in səhmlərinin 49%-nı aldıBu ilin sentyabrında ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyanın “Rosneft” şirkəti “Petrocas Energy Limited” şirkətinin səhmlərinin 49%-na sahiblənib. Bu barədə xəbəri “Rosneft” şirkəti yayıb. “Petrocas Energy Limited” şirkəti Xəzər dənizindən Qara dəniz sahilinə qədər neft və neft məhsullarının nəqlini həyata keçirir. 
 
Gürcü milyarder Direktorlar Şurasının sədri David Yakobaşviliyə məxsus şirkət Poti və Batumidə neft terminallarına da sahibdir. Şirkətin   Azərbaycanda da  yanacaqdoldurma məntəqələri olduğu deyilir.  Məlumatda deyilir ki, “Rosneft” və “Petrocas Energy Limited” loqistika və Cənubi Qafqaz respublikalarında neft məhsullarının pərakəndə satışına dair birgə müəssisə yaradacaqlar. “Mənə yatırımlarımın 20 faizi həcmində illik gəlir vəd etdilər və qərara aldım ki, bu yaxşı təklifdir. Çünki pullar gəlir gətirməlidir, əks halda, onlar sürətlə əriyib gedəcək” deyə,(virtualaz.org) Yakobaşvili sövdələşməni şərh edərkən bildirib.
 
“Rosneft”in Azərbaycan neftinin daşınmasına nəzarəti ələ keçirməsinin sonrakı mümkün fəsadları barədə indidən danışmaq tezdir. Qərbin sanksiya tətbiq etdiyi bir şirkətin  Azərbaycan neftinin Avropaya daşınmasını tam olaraq sahiblənməsi birdən-birə ortaya çıxmayıb. Bu razılaşma Rusiya prezidenti Vladimir Putinin 2013-cü ilin avqustunda Bakıya səfəri zamanı əldə olunmuş. Bundan sonra “Rosneft” dövlət şirkətinin prezidenti, Putinin yaxın dostu və Rusiyanın “boz kardinalı” hesab edilən İqor Seçinlə ARDNŞ prezidenti Rövnəq Abdullayev arasında razılaşma imzalandı. Tərəflər razılaşma çərçivəsində hansı birgə layihələrin həyata keçiriləcəyini, yəni detalları açıqlamadı. Qeyd edək ki, Seçin də bu ilin sentyabrında Qərbin “qara siyahı”sına düşüb. Sanksiyalar onun hesablarının dondurulmasını, viza qadağalarını, lisenziya verilməməsini nəzərdə tutur. 
 
Maraqlıdır ki, “Rosneft” şirkətinin prezidenti İqor Seçin bu yaxınlarda ona maliyyə yardımı göstərilməsi üçün hökumətə müraciət etmişdi. İqtisadi İnkişaf Nazirliyindən isə bildirmişdilər ki,  “Rosneft”in dəstəklənməsi mümkünsüzdür, buna görə də baş nazir Dmitri Medvedyev Seçinə kömək edə bilməyəcək. Amma belə görünür ki, Kremlin geosiyasətinin əsas dəstəkçisi olan “Rosneft” üçün həmişə pul tapılar. musavat /
 

Google+ WhatsApp ok.ru