Rusiya böhrandan xilas olma yolunu İslamda tapdı

Beynəlxalq sanksiyalar və neftin qiymətinin aşağı düşməsi ilə tənəzzülə doğru irəliləməməsi üçün Rusiyada banklar İslam bankçılıq sahəsinə üz tutmağa hazırlaşır.
RIA Novostinin verdiyi xəbərə görə Rusiyanın Dövlət İnkişaf Bankı (Внешэкономбанк) ilk İslam istiqrazlarının satışını necə reallaşdıracağı barədə Yaxın Şərq banklarından tövsiyə alır, - “Haber7”.
Dubaydakı Rusiya Ticarət Şurası isə rublun iki həftə əvvəl bütün dövrlərin ən aşağı səviyyəsinə düşməsinin Rusiya şirkətlərini və bank sektorunu İslami bankçılıq sahəsinə yönəltdiyini bildirib. Rusiya banklarının alternativ çıxış yolu axtarması faiz dərəcələrinin 2006-cı ildən sonra ən yüksək artımla getməsi və ABŞ rəhbərliyi altında tətbiq olunan sanksiyaların Gazprombank və VTB Bank OJSC kimi qurumlara da güclü təsir etdiyini göstərir. Siyasətçilər bankların çökməsini və maliyyə sisteminin qeyri-sabit olmasının qarşısını almaq üçün dekabrın 23-də dərhal Kredit Təminat Agentliyinin banklardan pay almasını təmin edən bir qanun qəbul etdilər.
Rusiya Ticarət Şurasının sədri İqor Yeqorov dekabrın 23-də bəyanat verərək deyib: “Bank və təşkilatlar bu sahəni öyrənərək bazara necə daxil olacaqlarını başa düşməyə çalışır. Bu onlar üçün xüsusən 1-2 il ərzində çox mühüm olacaq. Çünki sanksiyaların hələ təsirlərini tam olaraq görmürük”. Mərkəzi Bankın sədri Elvira Nabiullina noyabrın 26-da verdiyi bəyanatda Rusiya üçün inqilaba çevriləcək İslam bankçılığı ilə bağlı bir tənzimləmə işlərini düşündüklərini qeyd etmişdi.deyerler /

Google+ WhatsApp ok.ru