Qətər Xarici İşlər naziri: `Beynəlxalq ictimaiyyət Fələstində xaqlının yanında yer tutmadı`

Qətər Xarici İşlər naziri Xalid Əl-Ətiyyə ölkəsinin beynəlxalq hüquqa uyğun hər cür yola əl ataraq müstəqil dövlət qurmaq yolunda Fələstin xalqına hər cür dəstəyi verəcəyini söyləyib.
 
Maide.az xəbər verir ki, Əl-Ətiyyə Qəzzada keçirilən "Fələstin: İşğalın səbəbləri və qələbə amilləri" adlı konfransa göndərdiyi səsli və görüntülü mesajda işğalın davam etməsinin bütün dünyaya siyasi və əxlaqi vəzifələr qoyduğunu bildirib.
 
Beynəlxalq cəmiyyətin işğalı sona çatdırmaq məsuliyyəti olduğuna diqqət çəkən Əl-Ətiyyə, Fələstin davasının beynəlxalq cəmiyyətin uğursuzluğunu ortaya çıxaran mərhələlərdən keçdiyini söyləyərək, ikili standart baş verdiyinə işarə vurub.
 
İşğal rejiminin bütün beynəlxalq müqavilələri və hüququ pozduğunu bildirən Əl-Ətiyyə, İsraili işğalı sona çatdırmağa məcbur etməsi üçün beynəlxalq cəmiyyətə təzyiq edilmək üçün ərəblərin hərəkətə keçməsi lazım olduğunu vurğulayıb.
 
Sülh prosesinin sıfırdan başlamayacağını, əksinə, beynəlxalq legitimlikdən və Ərəb Sülh Təşəbbüsündən başlayacağını qeyd edən Əl-Ətiyyə, Fələstinli tərəfləri də Fələstin xalqının istəklərini həyata keçirmək üçün Qahirə və Dohada imzalanan razılaşma müqaviləsini həyata keçirməyə dəvət edib.

Google+ WhatsApp ok.ru