Yəhudi mühacirlər məscidi yandırdılar

İordan çayının Qərb sahilində yəhudi mühacirlər bir məscidə hücum ediblər. 
 
Maide.az xəbər verir ki, İordan çayının Qərb sahilindəki Əl-Cəba Kənd Məclisinin sədri Numan Həmədan "Anadolu" agentliyinə açıqlamasında, "Bir qrup yəhudi mühacir gecə kəndə basqın təşkil etdi, Əl-Huda məscidini yandırdılar" - deyib.
 
Məscidin bir hissəsinin yandığını, bölgə sakinlərinin xəbər verməsi nəticəsində xalq tərəfindən söndürüldüyünü bildirən Həmədan, "mühacirlər məscid divarına ərəb və müsəlmanlar əleyhinə irqçi şüarlar yazıblar" söyləyib.
 
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən gətirilərək İsrail rəhbərliyinin işğal siyasəti çərçivəsində İordan çayının Qərb sahilinə və Şərqi Qüdsə yerləşdirilən yəhudi mühacirlərin silah daşımaları və Fələstin vətəndaşlarını vaxtaşırı olaraq sözlə, ya da fiziki olaraq təcavüz etmələri, yerli xalq ilə mühacirlər arasında ziddiyətlərə səbəb olur.

Google+ WhatsApp ok.ru