Qəzza imamının insanları heyran qoyan istedadı – Video

Qəzza şəhərindəki məscidin imamı dünyanın məşhur imamlarının avazını eyni formada səsləndirə bilir.
Maide.az xəbər verir ki, Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmezin Qəzzaya səfəri zamanı unudulmaz və olduqca maraqlı anlar yaşanıb.
Belə ki, tarixi məsciddə keçirilən görüşdə həmin məscidin imamı Ahid Bəşir Zeynu möhtəşəm Quran ziyafəti verib. Fələstinin ən məşhur imamlarından olan 34 yaşlı Zeynu aralarında Kəbə imamlarının da olduğu dünyanın məşhur 25 imamının səsləndirməsini olduğu kimi təqlid edib.
Qeyd edək ki, Zeynu bu günə qədər yüzlərlə regional və yerli Quran oxuma yarışmalarına qatılıb və müxtəli mükafatlar alıb./

Google+ WhatsApp ok.ru