Qətif əyalətinin şiələri təhdid edildi

Özünü Cümə günü "əl-Qədih" şəhərinin İmam Əli (ə) məscidində partladan intiharçı terroristin ailə üzvlərindən biri olan Əbu Müzne əl-Zulfavi adlı şəxs, Qətif şiələrini başqa bir terror əməliyyatı keçirəcəyi ilə təhdid etdi. 
 
Maide.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, ötən cümə günü "əl-Qədih" şəhərinin İmam Əli (ə) məscidində özünü partladan intiharçı terroristin ailə üzvlərindən olan Əbu Müzne əl-Zulfavi adlı şəxs, qohumu tərəfindən həyata keçirilmiş terror hadisəsini "mübarək və bəyənilmiş iş" adlandıraraq deyib: "Buna oxşar yeni bir əməliyyat da planlaşdırılıb".
 
Xatırladaq ki, keçən həftənin Qətif əyalətinin "əl-Qədih" qəsəbəsində Cümə günü İŞİD-ə bağlı terrorist Saleh əl-Qəşəmi özünü İmam Əli (ə) məscidində partladaraq 22 nəfərin şəhid olması və 100-dən çox insanın yaralanmasına səbəb oldu.
 
Səudiyyə Ərəbistanın padşahı iki gün öncə, bu hadisədə əli olmuş bütün cinayətkarların cəzalndırılacağını elan etdikdən və təkfirçi-terrorçu təfəkkürü ilə mübarizə aparılacağını dedikdən sonra Əbu Müzne əl-Zulfavi Qətif əhalisini bu cür təhdid etdi.
 
Qətif şiələri onlara qarşı keçirilmiş bu terror hadisəsində Ərəbistanın məscid xətiblərini, dövlətə bağlı din alimlərini, TV və KİV-lərini günahlandırırlar. Çünki Ərəbistan mediası günün 24-saatını şiələri təkfir etmək və firqəçiliyi alovlarını gücləndirmək ilə məşğuldur. Dövlət isə bunun müqabilində hələ də ciddi bir addım atmamışdır. Bu bir haldadır ki, bütün dövlət universitetləri, mədrəsə və məktəblərinin dərs vəsaitlərində şiələr müşrik kimi tanıtdırılırlar.
 
Qətiflililər deyirlər ki, dövlət bunun qarşısını almaq iqtidarında olduğu halda buna qarşı heç bir addım atmadığı üşün bütün terror hadisələrində Səudiyyə dövlətinin özü birbaşa məsuliyyət daşıyır və günahkardır.
 
Məlum hadisə qurbanlarının qohumları deyiblər ki, biz hadisədən sonrakı gün İmam Əli (ə) məscidində namaz sırlarını yenidən bərpa etmişik, əgər onlar bizi dəfələrlə də terror etsələr, biz öz əqidəmizdə qalacayıq.

Google+ WhatsApp ok.ru