“Hizbullah Tuqayları”ndan uğurlu əməliyyat – Yüzlərlə İŞİD terrorçusu əsir götürüldü

İraqda orduya dəstək verən şiə polislərdən ibarət olan “Hizbullah Tuqayları” (Kətaib Hizbullah) Ramadi şəhəri yaxınlığında keçirilən əməliyyatda yüzlərlə İŞİD terrorçusunu əsir götürüb.
 
Maide.az xəbər verir ki, bu barədə birləşmənin sözçüsü Cəfər əl-Hüseyni məlumat verib.
 
O bildirib ki, bu ilk əməliyyat deyil və son da olmayacaq:
 
“Terrorçular Ramadidən qaçaraq şəhərdə onlar üçün daha təhlükəsiz yerdə digər tərəfdaşları ilə birləşmək və daha sonra hücumlara keçmək istəyirdilər. Biz isə bunun qarşısını aldıq. Əsir götürdüyümüz terrorçuları aiddiyatı orqanlara təhvil verəcəyik.  Hazırda İŞİD-ə qarşı əməliyyatlarımız davam edir”.
 

Google+ WhatsApp ok.ru