Qəzzada tibbi kadr çatışmazlığı; yüzlərlə xəstənin həyatı təhlükədədir

Qəzza zolağında tibbi kadr çatışmazlığı bu bölgədə tibb və müalicə böhranını daha da kəskinləşdirib.
Maide.az  Qüdsnet saytına istinadən xəbər verir ki, Qəzzə zolağında Səhiyyə Nazirliyinin Xəstəxanalar üzrə baş direktoru Əbdüllətif əl-Hac deyib ki,  Qəzza xəstəxanaları tibbi kadr çatışmazlığı ilə üzləşib. Bu məsələ cərrahiyyə əməliyyatına ehtiyaclı xəstələrin müalicəsinin təxirə düşməsi ilə nəticələnib. 
Əl-Hac Milli Vəhdət hökumətini Qəzza qarşılığında öz vəzifələrini yerinə yetirməməkdə suçlayıb və deyib ki, Qəzzanin səhiyyə sektoru büdcə çatışmazlığına görə yeni tibbi kadr işə götürə bilmir. “Çünki Milli Vəhdət hökuməti müalicə probleminin həlli üçün Qəzzaya yetərli dəstəyi vermir.”
Hazırda Qəzza zolağında 12 dövlət xəstəxanası fəaliyyət göstərir və büdcəsini Milli Vəhdət hökumətindən alır. O əlavə edib ki, bir çox cərrahiyyə əməliyyatı tibbi kadr çatışmazlığına görə təxirə salınıb. “Həmin məsələ yüzlərlə xəstənin həyatını təhlükəyə atıb. Bəzi xəstəxanalar bəzən xəstənin cərrahiyyə əməliyyatını 3 il təxirə salır.” 
Qəzza zolağı 2006-cı ildən mühasirədədir. 2007-ci ildən bu mühasirə daha da daralıb və Dünya Bankının 2015-ci il üzrə statistikasına əsasən işsizlik 43%, yoxsulluq 40% və humanitar yardımlara ehtiyaclı fələstinlilər isə sayı 80%-dir./
 

Google+ WhatsApp ok.ru