Qəzzda üç fələstinli yaralanıb

Sionist rejim qırıcıları Qəzza zolağındakı Xan Yunus şəhərinin şərqinə hücum edib. 
Maide.az  Fələstin informasiya mərkəzinin məlumatına istinadən məlumat verir ki, sionist rejim qırıcılarının Qəzza zolağındakı Xan Yunus şəhərinin şərqinə hücumunda azı üç fələstinli yaralanıb.
Sionist rejim ordusu Qəzzaya qarşı əlli günlük hücumdan sonra Misirin nəzarəti ilə imzalanmış atəşkəs razılaşmasına əməl etmir və Qəzzaya hücumlarını davam etdirir. 
Digər bir məlumata görə, Məsciduləqsa bir daha sionist hərbçilərin və sionist qəsəbə sakinlərinin basqınına məruz qalıb.
Quds Press xəbər agentliyinin məlumatına görə, bir qrup sionist hərbçi və sionist qəsəbə sakini işğalçı rejim ordusunun polisi və xüsusi təyinatlılarının dəstəyilə Babulməğaribədən Məsciduləqsaya basqın edib.
Başqa bir xəbər görə, sionist hərbçilər dünən gecədən bu gün səhərədək qərb sahilində yerləşən Ramullah, Əlbirə, Tulkərm, Beytləhm və Qəlqiliya şəhərlərində və Beytulmuqəddəsdə 23 fələstinlini həbs ediblər./
 

Google+ WhatsApp ok.ru