Sionist İsrail rejimi işğal olunmuş ərazilərdə daha 891 yeni mənzil inşa edir

İşğalçi İsrail rejimi  Fələstinlilərin işğal olunmuş ərazilərində daha 891 yeni mənzil inşa edir. 
 
Maide.az xəbər verir ki, Gilo bölgəsinin proqramlaşdırma və tikinti şurası Qüdsün şərqində və İoardan çayının qərb sahilində 891 yeni mənzilin tikintisi üçün qərar qəbul edib. 
Bu layihə bir neçə ay öncə təsdiqlənməli idi, lakin sionist rejim rəsmiləri  Netanyahonun ABŞ-a səfəri zamanı müxaliflərin etirazına səbəıb olar deyə, layihənin təsdiqi təxirə salındı. 
Sionist rejimin işğal olunmuş ərazilərdə qanunsuz tikinti işləri 2012-ci ilin sonlarından başlayıb. İsrailin qeyri-hökumət təşkilatları işğal edilmiş ərazilərdə yeni qəsəbələr tikilməsini pisləyir və bu işin Fələstin böhranın daha da dərinləşməsinə səbəb olduğunu bildirirlər.
Sionist İsrail rejimi 1967-cı ildən etibarən Fələstinin işğal olunmuş ərazilərində 120 qəsəbə salıb ki, bu qəsəbələrdə yarım milyon yəhudi məskunlaşdırılıb. 
BMT və dünyanın bir çox ölkələri İsrailin işğal olunmuş ərazilərdə qəsəbə salmasını qanunsuz hesab edir. Ona görə ki, bu rejim 1967-ci ildə bu əraziləri işğal edib və beynəlxalq qanunlara görə işğal olunmuş ərazilərdə tikinti işləri aparmaq qadağan olunub. 
Həmçinin Sionist İsrail rejimi oktyabr ayından Fələstinliləri Məscid-ul Əqsaya girməsini qadağan edir ki, bu özü eni qarşıdurmaların baş verməsinə səbəb olub. İndiyədək qarşıdurmalar zamanı 125 fələstinli şəhid olub.  /
 
 

Google+ WhatsApp ok.ru