Qəzza sakinləri Ümrə ziyarətinə qoyulan qadağanın qaldırılmasına çağırır

Qəzza  sakinləri Tweeterdə “Qəzza  Ümrəni itirir” və  “Ümrə” həştəqi ilə  Ümrə ziyarətinə  qoyulan  qadağanın qaldırılması məqsədi ilə kampaniya başladıblar. 
Maide.az xəbər verir ki,  artıq  3 ildir ki, Rafah sərhəd keçidi bağlı olduğu üçün Qəzza sakinlərinə  “Ümrə” ziayrəti  qadağan edilib və onlar bu kampaniya ilə  Səudiyyə Ərəbistandan və Misirdən istəyiblər ki  Rafah  keçidini açmaqla  bu ziyarətin təşkili üçün onlara şərait yaratsınlar. 
Sionist rejimin istəyi ilə Misir hökuməti Rəfəh keçidini bağlı saxlayır və neçə ildir ki, Qəzzanı  mühasirədə saxlayır. Rəsmi Qahirənin  Rəfəh  keçidini açması üçün  beynəlxalq insan haqları təşkilatlarının çağırışları cavabsız qalıb. /
 
 
 
 

 

Google+ WhatsApp ok.ru