Qəzzə sakinləri: Türkiyə həqiqi simasını ifşa etdi

Qəzzə sakinləri: Türkiyə həqiqi simasını ifşa etdi

Qəzz sakinləri Ankara və Təl-Əviv arasında əldə olunmuş anlaşmanı xüsusi ilə də Türkiyənin Qəzzənin mühasirəsinin ləğv edilməsi ilə bağlı vədinə arxa çevirməsini tənqid edərək, bu anlaşmanın Türkiyənin həqiqi simasını ifşa etdiyini bildirirlər.

Maide.Az xəbər verir ki, Fələstinli siyasətçilər və adi vətəndaşlar bu qənaətdədirlər ki, bu anlaşma 2010-cu ildə Mərmərə gəmisində həyatını itirən türkiyəli fəalların fədakarlığının görməməzliyə vurulmasıdır.

Qəzzə sakinləri 10 ildir ki, Qəzzənin mühasirəsinin ləğv edilməsi vədinə ümid bəsləyirdilər. Amma, onların bu ümidi puça çıxdı. Qəzzə sakinlərinin qənaətinə görə, Türkiyə və İsrail arasında əldə olunan anlaşma yara üzərinə duz basmaqdır.

Fələstinin azadlığı uğrunda demokratik cəbhənin siyasi bürosunun üzvü Təlal Əbu Zərifə bu barədə deyir: " Çox təəssüflər demək lazımdır ki, Türkiyə bu anlaşmada maraqlarını prinsiplərindən daha üstün tutdu. Biz, İsrailin siyasətləri çərçivəsində olan bu kimi siyasətlərə artıq adət etmişik. İsrail bütün qanunları pozur."

Fələstinin azadlığı uğrunda xalq cəbhəsinin siyasi bürosunun üzvü Lui Qəryuni də deyir: " Türkiyə Fələstin məsələsindən öz maraqlarını təmin etmək üçün istifadə edir. Bu anlaşma Fələstini himayə iddiasında olan Türkiyənin həqiqi simasını ifşa etmiş oldu. "

Mücahidlər Hərəkatının xarici siyasət üzrə məsul şəxsi Nail Əbu Əvdə isə deyir: "Türkiyə və İsrail arasında əldə olunmuş anlaşma, əlaqələrin adiləşdirilməsi və münasibətlərin normallaşdırılmasına hazırlıqdır. Biz, bu kimi anlaşmaları son dərəcə təhlükəli hesab edirik. Çünki, İsrailin Fələstin xalqına qarşı yeni cinayətlər törətməsinə və işğalçılıq siyasətinə qanunilik bəxş etmiş olur. "

Qəzzədə mühasirədə olan fələstinlilər bu anlaşmanı qınayır və Türkiyənin İsraildən alacağı 20 milyon dollar müqabilində öz vədlərindən vaz keçdiyini bildirirlər. Qəzzə sakinlərinə vəd olunan cüzi yardım isə yenə də işğalçıların nəzarəti altında Qəzzəyə daxil olacaq.

Fələstinli bir qadın bu haqda deyir: " Türkiyəyə ümidimiz böyük idi. Fələstin xalqı Türkiyənin Fələstinə dayaq olacağını gözləyirdi. Amma, onlar bizi yalnız qoydular və bizi üzdülər. Biz, Türkiyədən belə bir hərəkət gözləmirdik. "

Fələstinli bir kişi isə deyir: " Türkiyə İsrail ilə əlaqələrini adiləşdirdi. Amma, Qəzzənin mühasirəsi ləğv olunmadı. Praktiki olaraq heç bir uğur əldə edilmədi. "

İşğalçı sionistlərin Qəzzə dənizində axıtdıqları qanlar Qəzzənn mühasirəsinin ləğvinə səbəb olmadı. Və Qəzzə sahillərində limanın salınması ilə bağlı verilən vədi gerçəkləşdirmədi. Axan qanlar satıldı və sadəcə xatirələri qaldı.

Beləliklə Qəzzə və Türkiyə tamaşasının pərdəsi də enmiş oldu. Bu tamaşa mühasirədə olan Qəzzə sakinlərini ümidvar etmişdi. Amma, oyandıqları zaman bu tamaşanın bəhrəsinin İsrailə qismət olduğunu gördülər. Qəzzə sakinlərinə qalan isə qəm, kədər və qüssə oldu. /

Google+ WhatsApp ok.ru