Qətər mövzusunda ilk geri addım atıldı

Qətər mövzusunda ilk geri addım atıldı

Qətərə qarşı Səudiyyə Ərəbistanı liderliyində başladılan iqtisadi və diplomatik embarqo barədə yeni məlumatlar yayılıb.  

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr lazım olarsa Qətərə qida və tibbi yardım göndərə biləcəklərini açıqlayıb.  

Cübeyr əlaqələrin kəsilməsinin mühasirə mənasında olmadığını və bu barədə yayılan məlumatların əsassız olduğunu diqqətə çatdırıb.  

Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla 10-dan çox ərəb ölkəsi 5 iyun tarixində Qətəri terrorçuluğa dəstək verməkdə ittiham edərək diplomatik əlaqələri dayandırıblar. (eastnews) /

Google+ WhatsApp ok.ru