Qətər ABŞ-dan 12 milyard dollarlıq F-15 qırıcısı alacaq 15 İyun 2017 01:00 Dünya Qətər ABŞ-dan 12 milyard dollarlıq "McDonnel Douglas F-15 Eagle" qırıcısı alacaq. Maide.Az xəbər verir ki, Pentaqonun rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri çərşənbə günü bu müqaviləni imzalamaq üçün görüşməli idilər. "Bloomberg" agentliyi öz növbəsində əlavə edir ki, müqaviləyə 36 təyyarə daxildir. Qeyd edək ki, ötən ilin noyabr ayının 18-də məlum oldu ki, ABŞ Qətərə 21,1 milyard dollar dəyərində 72 ədəd F-15QA qırıcısı və müxtəlif avadanlıq və silah satacaq. "McDonnel Douglas F-15 Eagle" - 1970-ci ildə "McDonnell Douglas" şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil Amerikanın taktiki qırıcı təyyarəsidir. Bu təyyarədən cəmi təxminən 1200 ədəd müxtəlif modifikasiyalı istehsal edilib. (trend) Teqlər : #Qətər ABŞdan 12 milyard dollarlıq F15 qırıcısı alacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Seyid Həsən Nəsrullah: `Bu, Hizbullahın qırmızı xəttidir` Tehranda hündür mərtəbəli binada yanğın, yaralılar var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO