Qərbin tanınmış şəxsiyyətləri Şeyx Zəkzakiyə görə  BMT-yə məktub yazdı

Qərbin tanınmış şəxsiyyətləri Şeyx Zəkzakiyə görə BMT-yə məktub yazdı

Qərb ölkələrindən olan 50 tanınmış şəxsiyyət Nigeriya Şiə İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşməsi və səhhətilə əlaqədar  azad olunması tələbilə
Birləşmiş Millətlər Təşkilatına (BMT) məktub ünvanlayıb.

Maide.Az İQNA- a istinadla xəbər verir ki, məktubu siyasi, təhlükəsizlik, insan hüquqları, akademik, hərbi, iqtisadi, media və dini sahələrdə tanınmış simalar imzalayıb.

Beynəlxalq İnsan Haqları Təşkilatının bəyaniyyəsinə istinadla yazılmış bu məktubda BMT rəhbərliyindən  Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim  Zəkzakinin sağlamlığı və Nigeriyanın qeyri-demokratik hakimiyyətinin zülmünə məruz qalan müsəlmanların vəziyyəti ilə ən tez zamanda maraqlanmaları tələb edilib.
Məktubun İngiliscə mətnini aşağıdakı linkdə oxuya bilərsiniz: http://iqna.ir/files/fa/news/1398/4/28/1393469_479.pdf

Google+ WhatsApp ok.ru