Qədir-Xum hadisəsinin xülasəsi

İlham Əliyev

Qədir-Xum hadisəsinin xülasəsi


Bismillahir –Rəhmanir-Rəhim.  
Mərhum mühəqqiq əllamə Əmini  ‘’Əl-ğədir’’ kitabında qədir hadisəsini 110 nəfər peyğəmbərin səhabəsindən sənədlə , 84 nəfər tabeindən və 360 nəfər islamin taninmişalimlərinin kitabından nəql edib. Bu onu göstərir ki. Bu hədis ən qəti olan mütəvatir rəvayətlərdəndir.    

Bu rəvayətlər hamısı bir hadisəni təqib etdikləri halda ibarələr müxtəlifdir. Bəzi rəvayətlər müfəssəl və geniş, bəzisi isə müxtəsərdir.Bəzisi hadisənin bir hissəsini nəql edir və bəzisi isə hadisənin başqa bir hissəsini nəql edir.Bunları bütövlikdə nəzərə alaraq belə istifadə olunur;

Peyğəmbər(s.) ömrünün axırıncı ilində  “həccətul-vida” həzrətin iştirakı ilə   böyük təntənəylə sona çatdı. Qəlblər ruhaniyyət aləminə dalmışdı. Bu böyük ibadətin mənəvi ləzzəti hələdə canlarda hiss olunurdu. Peyğəmbər(s) səhabələri bu büyük səadəti dərk etdikləri üçün özlərinə sığmırdılar.

Bu səfərdə tək Mədinə əhli yox ərəbistan yarmadasının müxtəlif bölgələrindən müsəlmanlar bu böyük fəxrə nail olmaq üçün tarixə yazılan bu səfərdə Peyğəmbər(s)-I müşayiət edirdilər.

Hicaz günəşi dağlara,səhralara od səpirdi. Lakin bu ruhani səfərin şirinliyi hər şeyi onlara asan etmişdi.

Zöhr vaxtı yaxınlaşırdı. Yavaş-yavaş cöhfə torpaqları sonra isə quru və isti “Qədir-xum” çölləri uzaqdan gözə çarpırdı…

Bura həqiqətdə hicaz yurdunun  camaatını bir-birindən ayıran dörd ayrıcısıdır.Bir yol şimalda Mədinəyə, bir yol şərqdə İraqa bir yol məğribdəMisrə tərəf və daha bir yol isə  cənubda  Yəmən vilayətinə doğru gedir.

Elə burada, bu böyük səfərin axırıncı və böyük xatirəsi yerinə yetirilməlidir.Müsəlmanlar Püyğəmbərin(s.) müvəffqiyyətlə başa çatmış risalətinin sonuncu fərmanını alaraq bir-birindən ayrılmalıdırlar.

Hicrətin onuncu ilinin zilhiccə ayının cümə axşamlarının biri idi.Düz qurban bayramından sekkiz gün keçirdi. Gölənilmədən Allah vəhyinin əmanətdarı cənab Cəbrail (ə.) nazil olaraq  Allahın sifarişinibu ayədə Peyğəmbərə çatdırdı: “ Ey peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanını (camata) çatdır. Əgər( bunu) etməsən, (elə bil ki,) Onun heç bir tapşırığını çatdırmamısan. Şübhəsiz Allah kafir qovmi hidayət etməz.” (Maidə-67)

Peyğəmbər(s) Allahın fərmanını eşidcək dərhal qafiləyə “dayanın!” əmrini verdi. Səhabə qafilə önündə hərəkət edənləri uca səslə “geriyə qayıdın!”-dəyə harayladı.

“Görəsən nə baş verib! Hicazın çölündə, zöhr çağı hərarətli günəşin altinda yüzlərlə insani toplamağa Peyğəmbəri(s.) vadar edən nədir?!Peyğəmbər(s.) bu günə kimi İslamın bütün vacibatının – namazın, orucun, xumsun, zəkatın,həccin və... – hökmlərini bizə başa salıb və Quranı olduğu kimi təbliğ edib.Hər nədirsə bu hökm olduqca əhəmiyyətli və ciddi bir hökm olmalıdır.”- deyə camaat bir-biriylə söhbətləşirdi.

Peyğəmbərin(s.) müəzzini “Allahu əkbər” səsiylə camaatı zöhr namazına dəvət etdi.Camaat namaza hazırlaşdı. Lkin hava elə isdi idi ki, bəziləri əbalarının bir tərəfini ayaqlarının altına, digər tərəfini isə başlarının üzərinə atmışdılar.

Səhrada amansız istiliklə əlbəyaxa olan iki-üç üryan səhra ağacından başqa nə bir kölgəlik gözə dəyirdi və nədə bir yaşıllıq. Bəziləari bu ağaclara sığınaraq onların birinin üstünə bir parça atıb Peyğəmbər(s.) üçün kölgəlik düzəltdilər.
Zöhr namazı sona yetdi. Müsəlmanlar bu qərarda idilər ki, dərhal özləriylə götürdükləri şadıra sığınsınlar. Lakin Peyğəmbər(s.) onlara xəbər verdi ki, özlərini geniş xütbə əsnasında Allahın yeni hökmünü eşitməyə hazırlasınlar.

Peğəmbəri(s.) hamısı görsün deyə dəvələrin palanından bir minbər düzədildi. Peyğəmbər (s.) onun üstünə çıxaraqAllaha həmd-səna edərək özünü Allaha tapşırıb camaata xitabən belə buyurdu:
“ Mən tezliklə Allahın dəvətini qəbul edərək sizin aranızdan gedəcəyəm. Sizdən sorğu- sual olduğu kimi məndəndə sorğu-sual olacaq.Siz mənim barəmdə nə şəhadət verirsiniz?

Camaat səslərini ucaldaraq dedilər: “Biz şəhadət veririk ki, sən öz risalətini çatdırdın,xeyirxahlıq etdin və insanları doğru yola hidayət etmək üçün son dərəcədə səy-təlaşını göstərdin. Allah səni xeyrlə mükafatlandırsın.”   

Sonra : “ Məgər siz Allahin birliyinə, mənim risalətimə və həmçinin qiyamət gününün, o gündə ölülərin dirilməsinin haqq olmasına şahidlik etmirsinizmi?” –buyuraraq  soruşdu.

Hamılıqla: “Niyə, şahidlik edirik!”- deyə cavab verdilər. 

Buyurdu: “ İlahi, şahid ol! “

Yenidən üzünü camaata tutaraq buyurdu: “Ey camaat!mənim səsimi eşidirsinizmi? “ Dedilər- “ Bəli.” 

Bunun ardınca səhraya sakitlik çökdü. Külək zümzüməsindən başqa bir səs eşidilmirdi. Peyğəmbər(s.) buyurdu: “Sizin aranızda əmanət qoyduğum bu iki  qiymətli əşya ilə necə rəfdar edəcəksiniz? “

Cəmiyyət arasından bir nəfər : “ ey Allahın rəsulu! Bu iki qiymətli əşya hansılardı? “- deyə uca səslə soruşdu.

Peyğəmbər(s.) ara vermədən buyurdu: “Birincisi Allahın kitabıdır.Bir tərəfi  Allahin əlində digər tərəfi isə sizin əlinizdədir. Onun ətəyindən əlinizi üzməyin ki, yolunuzu azarsınız.Və amma ikinci əmanət qoyduğum isə mənim xanidanım və əhlibeytimdir. Hər şeydən agah və lütfkar olan Allah mənə xəbər vermişdir ki, bunların ikisidə cənnətdə mənə qovuşanadək bir-birindən ayrılmayacaqlar. Bu iki həqiqətdən nə qabaq düşün və nə də dala qalın, əks təqdirdə həlakətə uğrayarsınız.”

Birdə gördülər Peyğəmbərin (s.) gözləri kimisə axtaran kimi öz ətrafını gəzir. Gözləri Əli (ə.)-ma düşən kimi öz yanına dəvət edərək əlindən tutub qaldırdı.   Camaat onu görcək tanayib bildilər ki, o, İslamın heç bir vaxt məğlub olmayan sərkərdəsi həzrət Əli(ə.)-dır. Bu vaxt peyğəmbər(s.) aydın və uca səslə buyurdu: “ Ey insanlar! Sizcə möminlərə nisbət insanlar arasında onların canlarından belə daha üstünü olani kimdir? ”  

Dedilər: “ Doğrusunu Allah və onun peyğəmbəri  daha yaxşi bilir.”

Həzrət buyurdu: “ Allah mənim mövlam və rəhbərimdir. Mən isə möminlərin mövlası və rəhbəriyəm. Odur ki, onların özlərindən belə onlara üstsnəm (mənim iradəm onların iradəsindən öndədir).

Sonra Əlinin əlində tutub qaldıraraq - belə ki, hər ikisinin qoltuqlarının altı göründü - : “Mən hər kimin mövlasıyamsa, bu Əli onun mövlasıdır “. – deyə buyurdu.

Bu cümləni üç və bəzi rəvayətlərə görə dörd dəfə təkrar etdikdən sonra üzünü səmaya tutaraq  Allahdan istədi: “ İlahi! Onun dostlarını dost və düşmənlərini düşmən bil. Onu sevənləri sev və ona qarşı kin bəsləyənlə kinli ol. Ona kömək edənlərə kömək et ona kömək etməyənləri öz köməyindən məhrum et. Haqqı onunla saxla onu haqdan  ayırma”.

Daha sonra o həzrət buyurdu: “ Agah olun! Bütün hazır olanlar (vəzifəsi budur ki, ) bu xəbəri burada olmayanlara çatdırsınlar”.
Peyğəmbərin(s.) xütbəsi sona yetdi. Peyğəmbərin(s.), Əli (ə.) və camaatın üz-gözündən tər tökülürdü. Camaat hələ ayrılmamışdi ki, yenidən vəhy mələyi nazil olub, bu ayəni Peyğəmbərə (s.) oxuyaraq həzrəti sevindirdi: “ Bu gün sizin dininizi kamil etdim və öz nemətimi sizə üçün qəbul etdim”.- (Maidə-3)      

Rəsuli-əkrəm (s.) ayəni dinlədikdən sonra buyurdu: “ Allahu əkbər, Allahu əkbər ! O Allah ki, öz dinini kamil və nemətini bizə tamamladı və mənim nübuvvətimə məndən sonra isə Əli(ə.) –ın vilayətinə razı oldu.”

Bu vaxt camaat arasına haay-küy düşdü. Əli(ə.)-mı bu məqama çatmasına görə təbrik edirdilər. Əli(ə.)-mı təbrik edənlər arasında Əbubəkr və Ömər də var idi. Onlar həzrət Əliyə(ə.) yaxınlaşaraq : “Mərhəba, mübarək olsun  ,ey Əbu Talibin oğlu! Bu gündən etibarən sən mənim və bütün kişi və qadınların mövlası oldun”- deyə təbrik edirdilər.

Bu idi sünnü və şiə alimlərinin kitablarında nəql olan məşhur Qədir-Xum hadisəsinin xülasəsi.

Google+ WhatsApp ok.ru