Qanlı həcc: Minada ölənlərin sayı 1000 nəfəri keçdi-Yenilənib

(İranın Həcc və Ziyarət Təşkilatının sədrinin sözləri əlavə olunub) 
 
Minada baş verən faciədə  1000 nəfərdən çox zəvvar  ölüb, 1500 zəvvar isə yaralanıb. 
Maide.az  Skynewsarabia xəbər saytına istinadən məlumat verir ki,  Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyinin rəsmiləri elan ediblər ki, hazırda Minada baş verən hadisədə yaralananlar ölkənin 8 xəstəxanasına yerləşdirilib. 
Hadisədən 9 saatdan çox bir vaxt keçməsinə baxmayaraq hələdə Minada həlak olmuş hacıların cəsədləri qalır. 
Qeyd edək ki,  son iki həftə ərzində Səudiyyə Ərəbistanda zəvvarların başına bir neçə belə hadisə gəlib. Sentyabrın 11-də kranın aşması nəticəsində 117 zəvvar həlak oldu.  Daha sonra  Məkkədə hoteldə yanğın baş verdi və 1500 hacı hoteldən boşaldıldı.  Həmçinin Məkkədə 200-dən çox hacı qatarın qapıları xarab olduğu üçün boğulma təhlükəsi ilə üzləşib. /
Maide.az İranın xəbər saytlarına istinadən məlumat verir ki, İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Ovhədi deyib ki, Mİnada baş verən faciədə ölənlərin sayı 1200 nəfəri keçib. Yaralılar isə 2000 nəfərdən çoxdur. 
O deyib ki, hadisə zamanı ölən zəvvarlardan 90 nəfəri İranlı zəvvarlardır.   /
 
 
 

Google+ WhatsApp ok.ru