Səudiyyə Ərəbistanın səhiyyə nazirindən Minada həlak olanlara hörmətsizlik

Səudiyyə Ərəbistanın səhiyyə naziri Xalid Əbdüləziz əl-Fəttah bu gün Məkkə şəhərinin 5 kilometr kənarda yerləşən Minad həlak olanlar haqqında özünəməxsus fikir bildirib və hadisənin baş verməsində zəvvarları günahlandırıb. 
 
Maide.az  Alhdat xəbər saytına istinadən məlumat verir ki, Xalid Əbdüləziz Əl-Fəttah  deyib ki, bu hadisə zəvvarların izdihamı və nizam-intizamsızlığına görə baş verib.
Məlumata əsasən, Səudiyyə Ərəbistan rəsmiləri baş verən faicənin haqqında xəbər yayımlanılmasına əngəllər törətməyə çalışıb. 
Qeyd edək ki, bu gün Məkkə şəhərinin 5 kilometr kənarda yerləşən Minada yaranan izdihamda ən azı 717 nəfər ölüb, 1000 -dən çox zəvvar  yaralanıb.  
Xatırladaq ki, bir müddət bundan əvvəl Məkkədə baş vermiş faciədə (kranın aşması nəticəsində) 107 zəvvar ölmüşdü, 238 zəvvar isə xəsarətlər almışdı. Bu hadisədən sonra bir çox din alimləri Səudiyyə Ərəbistanın həcc mərasiminin təşkilatçılığından kənarlaşdırılmasını tələb ediblər.  
 
Həcc dövründə baş vermiş ən böyük insidentlər:
 
1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.
 
1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.
 
1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.
 
1998-ci il – izdihamda 118 zəvvar ölüb.
 
2001-ci il izdihamda 35 zəvvar ölüb.
 
2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.
 
2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.
 
Xatırladaq ki, bir müddət bundan əvvəl Məkkədə baş vermiş faciədə 107 zəvvar ölmüşdü, 238 zəvvar isə xəsarətlər almışdı. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru