Qardaşlar təyyarədə dava saldı

Sərxoş rus qardaşlardan biri təyyarənin ortasında idman etməyə başlayıb

 Rusiyadan Ermənistana uçan sərnişin təyyarəsində dava düşüb. Hadisə Novosibirsk-İrəvan aviareysində qeydə alınıb. 
 
Adıçəkilən reyslə uçanlar iki qardaşın davasının şahidi olub. Rusiya vətəndaşı olan qardaşların sərxoş olduğu bildirilir.
 
Belə ki, qardaşlardan biri təyyarənin göyərtəsində idman etməyə başlayıb. Daha sonra qardaşı ilə əl-qol hərəkətləri ilə zarafatlaşıb. Nəticədə iki qardaş arasında möhkəm dava düşüb. Sərnişinlər onları ayırmağa cəhd etsə də buna nail ola bilməyiblər.
 
Təyyarə eniş etdikdən sonra hüquq-mühafizə orqanları hər iki Rusiya vətəndaşını saxlayıb.

Google+ WhatsApp ok.ru