Qatar vurdu, qolunu kəsdilər

Şəmkirdə qatar bir nəfəri vurub.
 
APA-nın məlumatına görə,hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Natiq Namazov dəmir yol xəttini keçmək istəyərkən Qatar onu vurub. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və sağ qolu amputasiya edilib.
 
 Faktla bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru