Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın edilib

Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib. Maide.az xəbər verir ki, Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar.
 
Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.

Google+ WhatsApp ok.ru