Qaxda avtobus gözləyən qadını maşın vurdu

Qaxda 63 yaşlı qadını maşın vurub.Hadisə Qax şəhərinin Üzeyir Hacıbəyov və Natəvan küçələrinin kəsişməsində baş verib. Qax şəhər sakini 39 yaşlı Azər İbrahim oğlu Süleymanov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında avtobus gözləyən piyada, Qax rayonununun Ağçay kənd sakini 63 yaşlı Xədicəbəyim Məhəmməd qızı Seyidəliyevanə vurub. Qəza nəticəsində xəsarət alan Xədicəbəyim Seyidəliyeva Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan  APA TV-yə verilən məlumata görə, Xədicəbəyim Seyidəliyeva xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağır hesab olunur.
 
Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb,  araşdırma aparılır.

Google+ WhatsApp ok.ru