Qazağıstan döyüş təyyarələrini Rusiyadan təhvil aldı

Qazağıstan döyüş təyyarələrini Rusiyadan təhvil aldı


Qazaxıstan Rusiyadan yüksək manevr qabliyyətinə malik müasir “Su-30 SM” döyüş təyyarələri alıb.

Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq çərçivəsində “Su-30 SM” təyyarələrinin bir hissəsi təhvil alınıb. Lakin, təyyarələrin sayı açıqlanmayıb.

Məlumata görə, Qazaxıstan Hava Qüvvələri təyyarələri təlimlərdə uğurla test ediblər.

Google+ WhatsApp ok.ru