Qazaxıstanda `Xeyriyyə qəpiyi` adlı qeyri-adi aksiya keçirilir

"Xeyriyyə qəpiyi" sizin mənzil başına çatmanız üçün nəzərdə tutulub.
 
Maide.Az xəbər verir ki, Qazaxıstanın ictimayi nəqliyyat dayanacaqlarında "Xeyriyyə qəpiyi" peyda olub.
 
Bu qəpiklər yolda qalan insanlara mənzil başına çatmaq üçün nəzərdə tutulub. Qəpiklər adi kağızlara yağışdırılaraq, ehtiyacı olanların istifadəsinə verilib.
 
"Çox vaxt insanlar evə getmək üçün pul tapa bilmirlər, xüsusən də təqaüdçülər, gənclər,  məktəblilər, tələbələrə və bir çoxları. Buna görə də biz onlara bu üslubla kömək edirik. Elə mənim özümdə də olub ki, harasa bərk tələsəndə ictimayi nəqliyyatdan istifadə üçün pulum (qəpiyim) belə olmayıb", -deyərək təşkilatçılardan biri vurğulayıb.

Google+ WhatsApp ok.ru