Qüdsdə gənc fələstinli buldozerlə sionistləri daşıyan avtobusu aşırıb (FOTO)

 

Bu gün günorta saatlarında fələstinli bir gənc Qüds şəhərinin Şeyx Cərah bölgəsində buldozerlə sionistləri daşıyan sərnişin avtobusunu aşırdıb.

Maide.az-ın Fələstinin “əl-Vətən”saytına istinadən məlumatına görə, Məhəmməd Nayf adlı 23 yaşlı fələstinli sionistləri daşıyan avtobusun üzərnə buldozeri sürüb və avtobusu aşırıb.  Sionist polisi həmin gəncə 25 güllə vurublar.

Sionist rejimin “0404” xəbər saytının məlumatına görə,  avtobusun aşması nəticəsində bir sionist ölüb və bir neçə nəfər yaralanıb. Sionist rəsmilərindən biri deyib ki, bu kimi əməliyyatlar İsrailin digər şəhərlərində də baş tutacaq.

Qeyd edək ki, Fələstinlilər bundan öncə də 2008-2009-cu illərdə də israillilərə qarşı buldozerlərlədn istifadə edərək hücumlar edib.

Həmas sözçüsü Fövzi Bahoum deyib ki, Qüdsdə gənc fələstinlinin etdiyi əməliyyat Qəzzada törədilən cinayətlərlə təbii reaksiyadır. O Fələstinli qurplardan istəyib ki, işğal olunmuş ərazilərdə sionistlərə qarşı hücumları artırsınlar və bunun üçün bütün vasitələrdən istifadə etsinlər. maide.az /

Məhəmməd Nayf - Buldozerlə sionistlərə hücum edən qorxmaz fələstinli gənc 

 

 

Google+ WhatsApp ok.ru