Qüdsdə rejimin polisi ilə fələstinli gənclər arasında qarşıdurma

Qüdsdə İsrail rejiminin polisi ilə fələstinli gənclər arasında baş verən qarşıdurmalarda 15 nəfər saxlanılıb, 10 fələstinli gözyaşardıcı qazdan zəhərlənib. 
 
Maide.az-ın məlumatına görə, şahidlər bildiriblər ki, başda köhnə Qüds və Şufat düşərgəsi olmaqla Qüdsün fərqli bölgələrində rejimin polisi ilə fələstinli gənclər arasında qarşıdurma yaranıb.
 
Fələstin millət vəkili Əhməd Atdun qarşıdurmaların yəhudi məskunlaşmaçıların Məscidi Əqsaya basqınlarını təkrar etməsinə görə müsəlmanların əsəbiləşməsi nəticəsində yarandığını deyib.

Google+ WhatsApp ok.ru