Qüdsdə toqquşmalar artıb

Yusif əl-Rəmuni adlı 32 yaşlı fələstinlinin sionistlər tərəfindən asılaraq, edam edilməsi xəbərinin yayılmasının ardından  Qüdsün müxtəlif məntəqələri o cümlədən Əbudis fələstinlilərin geniş etiraz aksiyaları və sionist rejim hərbçiləri ilə toqquşmalarının şahididir.

Maide.az-ın Əl-Əqsa informasiya kanalına istinadən məlumatına görə, fələstinlilər məscidlərdə bu xəbəri elan edərək, xalqdan istəyiblər ki, öz etirazlarını aşkar formada elan etsinlər.

Sionist rejim hərbçiləri ötən bazar günü İordan çayının Qərb sahilində 7 fələstinlini həbs ediblər.
İsrail ordusu müxtəlif bəhanələrlə hər gün İordan çayının Qərb sahilində yerləşən şəhər və kəndlərə hücum çəkir və bir qrup fələstinli gənci həbs edir. //

 

Google+ WhatsApp ok.ru