Qüdsdə Beynəlxalq Qüds Günü yüzmilərin iştirakilə keçirildi

Sionist İsrail rejiminin maneəsinə baxmayaraq, Qüdsə gələn fələstinlilər Əl-Əqsa məscidinin həyətini və Qədim Qüdsün küçələrini böyük bir izdihamla doldurublar.

Deyerler.org-un Anadolu-ya istinadən verdiyi xəbərə görə, namazdan sonra Əl-Əqsanın qapılarında sıxlıq müşahidə olunsa da, bu gün Əl-Əqsa ilin ən izdihamlı cümə namazına şahid olub.

Digər tərəfdən, namazdan sonra bir qrup fələstinli Beynəlxalq Qüds Günü münasibətilə aksiya da  keçiriblər.

Əl-Əqsa məscidinin həyətində Fələstin, Həmas və Fəth bayraqları ilə yürüş edən nümayişçilər, sionist İsrail rejiminin əleyhinə şüar səsləndiriblər.

Nümayişdən sonra izdiham Əl-Əqsanı tərk edib.

Qüdsün səmasında fasiləsiz olaraq polis helikopterlərinin uçması müşahidə olunmasına baxmayaraq, şəhərin müəyyən hissələrinə yerləşdirilən hava şarlarındakı təhlükəsizlik kameraları da Əl-Əqsaya girib-çıxanları qeydə alıb.

Minlərlə sionist İsrail polisi və hərbiçisinin də şəhərin ətrafında və müəyyən nöqtələrdə hazır vəziyyətdə gözlədiyi qeyd olunub. /

Google+ WhatsApp ok.ru