Qüds Günü bütün dünyada Fələstinə dəstək aksiyası ilə qeyd edilib - FOTO

Bu gün Qüds günü qeyd etmək və Qəzzaya hücumları pisləmək üçün bütün dünyada yüzminlərlə insan küçələrə axışıb.
Hindistan, Almaniya, Yunanıstan, İran, Venesuella, Fransa, Amerika Birləşmiş Ştattlarına qədər  bütün dünyada keçirilən aksiyalarda insanlar İsrailin Qəzzaya hücumlarının dərhal dayandırılmasını tələb edib.
 
Ən kütləvi aksiyalardan biri  Fransanın paytaxtı Parisdə olub. Burada  minlərlə insan  Fələstinə dəstək aksiyası keçirib. Tədbirdə sionizsə qarşı olan yəhudi icması «Neturei Karta» da iştirak edib. Onları baş verə biləcək provakasiyadan sığortalamaq üçün  müsəlman gənclər qoruyub.
 
Eyni görüntülər Nyu Yorkda da müşahidə olunub. Nyu-Yorkun məşhur  Times meydanında yəhudilər də daxil olmaqla bir çox millətlərin qatıldığı aksiyada İsrailin Qəzzaya hücumlarını dayandırmağı tələb ediblər.
 
Vaşinqtonda  XİN-in qarşısında əllərində Fələstin bayrağı və «Müstəqil Fələstin», «Uşaq qatili İsrail», «Fələstin çox yaşa», «Uşaqlarımızı öldürməyin» şüarları ilə aksiya keçirən etirazçılara  yəhudilərə də dəstək verib.
 
Bu gün İranın paytaxtı Tehranda da İsrailin vəhşiliyinə və Fələstinin işğalına qarşı piket aksiya keçirilib. Bu yürüşlə İran camaatı bütün dünyaya göstərdilər ki, məzlum fələstinlilərlədirlər və zalıma düşməndirlər. Aksiyaçılar «Allah Qüdsü azad edəcək», «Fitr bayramını Qüdsdə keçirəcəyik», «İsrailə ölüm» və sair şüarlarla Tehranın Cümə məscidinə tərəf gediblər.
 
Qüdsə Günü və Fələstinə dəstək münasibəti ilə  BMT-nin Cenevrə Ofisi önündə, Saraybosnada, Londonda, Stokholmda, Kopenhagendə, Romada, Berlində, Amsterdamda, Madriddə, Afinada və sair paytaxt şəhərlərdə də etiraz aksiyaları keçirilib.
Qüds günü həmçinin  bir sıra  Asiya ölkələrində və Uzaq Şərqdə, o cümlədən İndoneziya, Malaziya, Əfqanıstan kimi ölkələrdə də həyata keçirilib.
 
Cənubi Amerika ölkələrindən Kolumbiya və Venesuella da İsrailə qarşı  da aksiyalar keçirilib.
 
Qüdsdə, Ramallahda və Beytüllahimdə  yaşayan Fələstinlilər də küçələrə axışaraq  aksiyalara qoşulublar.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru