Iranda ABŞ vətəndaşları həbs olunub

 

ABŞ rəsmiləri iyulun 25-də bəyanat yayaraq İranda Amerika vətəndaşlarının tutulduğunu bildiriblər.

Maide.az-ın məlumatına görə, “Vaşinqton Post” qəzetinin beynəlxalq xidmətinin rəhbəri Duqlas Yil jurnalistlərə deyib ki, qəzetin Tehrandakı müxbiri Ceyson Rzaiyan və xanımı Yeganə Salehi iyulun 22-i axşam saatlarında tutulub: “Biz Ceysonun, xanımı Yeganənin və daha iki nəfərin həbsə salınmasından ciddi narahatıq. Ceyson Rzaiyan 2012-ci ildən “Vaşinqton Post” qəzetinin müxbiri kimi Tehranda fəaliyyət göstərirdi. O, hörmətə və dəstəyə layiq, təcrübəli, məlumatlı bir jurnalistdir”.

Ceyson Rzaiyan həm İran, həm də Amerika vətəndaşıdır. Hazırda Amerika vətəndaşlığını almağa təşəbbüs göstərən xanımı Yeganə Salehi isə İranda yaşasa da, Birləşmiş Ərəb Əmirliklərində dərc olunan “National” qəzetinin əməkdaşıdır.

Yayılan məlumatlara görə, Ceyson və xanımı ilə birlikdə tutulan daha iki Amerika vətəndaşından birinin adı Məryəm Rəhmaniyandır. Onların İranda azad müxbir, fotoqraf kimi fəaliyyət göstərdiyi qeyd olunur.  

Amerika vətəndaşlarının İranda tutulmasının səbəbi haqda konkret məlumat yayılmayıb. Media forum /

 

Google+ WhatsApp ok.ru