Qüds intifadasında şəhid olanların sayı

Qüds intifadasında şəhid olanların sayı

2015-ci ilin oktyabr ayından başlayan Qüds intifadasında indiyədək 268 fələstinli şəhid olub. 
 
Maide.Az xəbər verir ki,  Fələstin İnformasiya Mərkəzinin məlumatına görə,  Əl-Xəlil əyaləti Qüds intifadası zamanı ən çox şəhid təqdim edən əyalətdir.  İndiyədək Sionist rejim hərbiçiləri tərəfindən Əl-Xəlil əyalətində 78 fələstinli şəhid edilib. Qüdsdə 59 fələstinli, Ramallahda isə 24  fələstinli şəhid edilib.  
 
İşğalçı rejim əsgərləri ötən ilin oktyabr ayından indiyədək Qüds intifadası dövründə 77 uşaq və 18 yaşına çatmamış yeniyetməni şəhid edib.  Onların ən balacası 3 aylıq körpə olub.  Sonuncu dəfə isə işğalçı rejim əsgərləri 15 yaşlı Xalid Bəhrini şəhid edib. 
 
Həmçinin sionist rejim əsgərləri tərəfindən 24 fələstinli xanımı şəhid edilib ki, onlardan 12-si 16 yaşına çatmamış yeniyetmə qızdır. 
 
Məlumatda bildirilir ki, Qüds intifadəsi zamanı onlarla fələstinli yaralanıb.  
 

Google+ WhatsApp ok.ru