Qüds olmadan Fələstinin heç bir əhəmiyyəti yoxdur

Fələstin Milli Admistrasiyasının baş naziri Rami Həmdulla Məscidi - Əqsaya ziyarəti zamanı bildirib ki, "Biz bura gəlmişik bildirək ki, Şərqi Qüds Fələstinin paytaxtıdır. Qüds Fələstinin ən əhəmiyyətli şəhərlərindən biridir. Onsuz Fələstinin heç bir əhəmiyyəti yoxdur. "
Maide.az-ın məlumatına görə, Həmdulla Məscidi Əqsaya prezident Mahmud Abbasın sionist rejimin məscidi bölmə tədbirləri haqqında xəbərdarlığından sonra gəlib.
Son aylarda sionist mühacirlər Məsicidi Əqsaya tez-tez hücumlar edərək, bu məsciddə yəhudilərin yerini bərkitmək istəyirlər. Bu əməllər fələstin müsəlmanlarının qəzəbinə səbəb olur. İsrail Parlamenti isə öz növbəsində məscidi iki yerə ayırmaq layihəsi üzərində çalışır. Sionist rejimi repressiya siyasitini həyata keçirərək, etiraz edən sakinlərə təcavüz edərək həbs edir. //

 

Google+ WhatsApp ok.ru