Qorbaçovu ağır vəziyyətdə xəstəxanaya aparıblar

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov növbəti dəfə səhhətinin pisləşməsi ilə bağlı xəstəxanaya yerləşdirilib.
 
Lakin deyəsən bu dəfə 85 yaşlı Qorbaçovun “üzü o yanadır”.
 
Lifenews.ru xəbər verir ki, tibb çevrələrində onun vəziyyətinin stabil olduğunu, ancaq ağırlaşmanın gözlənildiyini deyiblər.
 
Hazırda o, Moskvanın ən yaxşı klinikalarından birinin qapalı bölməsindədir, daimi nəzarət altındadır.
 
Qorbaçov özü saytın əməkdaşı ilə telefon söhbətində xəstəxanada olduğunu təsdiqləyib.
 
Qorbaçovun adını daşıyan fonddan isə deyiblər ki, onun səhhəti doğrudan da yaxşı deyil, ancaq xəstəxanaya növbəti stasionar müayinə üçün yerləşdirilib.(Virtualaz)
 

Google+ WhatsApp ok.ru