Qroznu şəhərində 1 milyon insan “Myanmada müsəlmanlara qarşı zorakılığı dayandırın” şüarını fəryad etdi -VİDEO

Qroznu şəhərində 1 milyon insan “Myanmada müsəlmanlara qarşı zorakılığı dayandırın” şüarını fəryad etdi -VİDEO

Bu gün Çeçenistan Respublikasının paytaxtı, Qroznu şəhərində “Çeçenistanın ürəyi” adlı məscidin qarşısında Rohingiyalı müsəlmanlara dəstək mitinqi keçirilib. 
 
Maide.Az “Ria Novosti”ə istinadən xəbər verir ki, 1 milyon  insan məscidin ətrafındakı bütün küçələri doldurub.  İnanlar  əllərində üzərində “Myanmada soyqırıma yox” şüarı yazılmış plakatlar daşıyıb, “Müsəlmanlara qarşı zorakılığı dayandırın” şüarları səsləndirib. 
 
Mitinqdə respublika rəhbərliyi o cümlədən Çeçenistan rəhbəri Ramzan Kadırov, parlamentin spikeri Maqomed Daudov,  Çeçenistan və Şimali Qafqaz respublikalarının nümayəndələri, din xadimləri iştirak edib. 
 
Təşkilatçılar bildirir ki,  mitinqdə iştirak etmək üçün qonşu bölgələrin sakinləri də Qroznuya gəlib. 
 
Mütəxəssislərin hesablamalarına görə, mitinq iştirakçılarının sayı 1 milyon nəfəri keçib.  
 
Aksiya dinc şəraitdə keçir, heç bir qanun pozuntusu aşkarlanmayıb. 
 
Təhlükəsizliyi hüquq-mühafizə orqanlarının yüzlərlə əməkdaşı təmin edir.
 
 

Google+ WhatsApp ok.ru