Qırğızıstanda 2017-ci ildə  6 dini mədrəsə bağlanıb

Qırğızıstanda 2017-ci ildə 6 dini mədrəsə bağlanıb

-- 23 mədrəsəyə qayda pozuntuları ilə bağlı xəbərdarlıq edilib

Qırğızıstanda  2017-ci ildə  6 mədrəsə bağlanıb, 23 mədrəsəyə isə  mövcud qayda pozuntularının düzəldilməsi barədə xəbərdarlıq edilib.
 
Maide.Az “Dünya Bülleteni”-ə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Müsəlmanları Dini İdarəsinin yayımladığı hesabatada deyilir. Hesabata görə, mədrəsələrin bağlanmasının səbəbləri onların təhsil və texniki avadanlıqlarının qeyri-kafi olmasıdır.
 
Məlumatda o da bildirilir ki, bundan sonra hər il dini qurumlarda bu növ yoxlamalar aparılacaq.
 
Qeyd edək ki, Qırğızıstanda 112 mədrəsə var ki, onlardan 92-i fəaliyyət göstərir. 
 

Google+ WhatsApp ok.ru