Tbilisidə `Media və Dini təlim` mövzusunda seminar keçirilib - FOTO 29 Mart 2018 01:00 Dünya -- Seminarda informasiya cəmiyyətinin inkişafında rolu və ... Bu gün “Muslimmedia” İnternet televiziyasının üç illiyi münasibəti ilə Tbilisidə yerləşən M.F.Axundovun ev muzeyində “Media və dini təlim” mövzusunda seminar keçirilib. Maide.Az-a daxil olan məlumata görə, İnternet TV əməkdaşlarının, din və ictimaiyyət xadimlərinin iştirak etdiyi seminarda informasiya cəmiyyətinin inkişafında və mədəni tərəqqi və maarifləndirmə sahəsində İnternet TVnin təsiri, ondan düzgün və təhlükəsiz istifadə, Dünyada internetdən istifadə sahələrinin statistikası və s. mövzularda çıxışlar edilib. Müsbət media haqqında fikir mübadiləsi aparıblar. Sonda Muslimmedia TVnin verlişlərində iştirak edənlərə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən hədiyyələr təqdim olundu. Dini İdarənin şeyxi Hacı Ramin İgidov öncə TVnin rəhbəri Məşədi Vidadi Qurbanova və əməkdaşı Əli Abbas müəllimə və verlişlərin hazırlanmasında zəhməti olan ruhani bacı və qardaşlara təşəkkür etdi. O, İnternet TVnin bir üç il müddətində hazırladığı dini, mənəvi verilişlərin xalqımızın ənənəvi İslamla bağlı düzgün şəkildə məlumatlanmaları ilə yanaşı dinimizin ehkam, əqidə və əxlaqi dəyərləri ilə tanış etdiyini bildirdi. Qeyd edək ki, Muslimmedia Tv www.muslimmedia.ge saytı, Youtube portalı və və sosial şəbəkələr vasitəsilə paylaşılır. 2015-ci ilin mart ayında yayıma başlayan televizyada artıq 700-dən çox verliş hazırlayaraq tamaşaçıların ixtiyarına verilib. Ötən illərdə TVdə hazırlanan bir çox verilişlər müəyyən Tvlər vasitəsi ilə də efirdə yayımlanıb. Teqlər : #Tbilisidə `Media və Dini təlim` mövzusunda seminar keçirilib FOTO , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejimin Suriyaya hücumları yenidən başladı Qırğızıstanda 2017-ci ildə 6 dini mədrəsə bağlanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO