Qırğızıstanda torpaq sürüşməsi: 24 nəfər ölüb 29 Aprel 2017 01:00 Dünya Qırğızıstanın cənubunda yerləşən Oş vilayətində güclü torpaq sürüşməsi baş verib. APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərinə görə, Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə, 24 nəfər ölüb. Hadisə bu gün səhər yerli vaxtla saat 7.00 radələrində Uzgen rayonunun Zərgər kəndində baş verib. Sürüşmə zonası 1 milyon kubmetr ərazini əhatə edir. Sürüşmə nəticəsində 7 ev iri torpaq kütləsinin altında qalaraq dağılıb. İlkin məlumata görə, ölənlərin hamısı hadisə vaxt evdə olub və torpaq qatının altında qalıb. Hadisə yerinə FHN-in 100-dən artıq əməkdaşı cəlb olunub. Onlar torpaq kütləsini təmizləməyə, torpağın altında qalanları çıxarmağa çalışır. / Teqlər : #Qırğızıstanda torpaq sürüşməsi: 24 nəfər ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Terrorçular Dəməşq yaxınlığında bir-birini qırdı, 40 ölü Amerika hərbiçiləri Suriya-Türkiyə sərhədində
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO