Terrorçular Dəməşq yaxınlığında bir-birini qırdı, 40 ölü

Terrorçular Dəməşq yaxınlığında bir-birini qırdı, 40 ölü

Suriyanın paytaxtı Dəməşq yaxınlığında əcnəbi ölkələrin dəstəklədiyi təkfirçi terrorçu quruplaşmalar arasında baş verən toqquşma nəticəsində azı 40 nəfər ölüb, 70-i yaralanıb.
 
Maide.Az beynəlxalq KİV-lərə istiandən xəbər verir ki, bu qarşıdurma “Ceyş əl-İslam” və "Fəliq Rəhman" terror qruplaşmaları arasında baş verib.
 
Məlumata görə, döyüşlərdə 15 terrorçu “Ceyş əl-İslam” və 23 terrorçu "Fəliq Rəhman" qruplaşmasından ölüb. Həmçinin 2 dinc sakinin həyatını itirdiyi bildirilir. İnsidentin səbəbləri barədə məlumat verilmir.
 
Səudiyyə Ərəbistanın dəstəklədiyi  “Ceyş əl-İslam” terror qruplaşması bəyanat yayaraq bildirib ki, bu döyüş  “Fəliq Rahman” terror qruplaşması  Qabun bölgəsində aparılan dəstək karvanına hücum edib onu ələ keçirdikdən sonra başlayıb. 
Qeyd edək ki, Suriyadakı təkfirçi terrorçuların bir-biri ilə dəfələrlə döyüşüb 
 

Google+ WhatsApp ok.ru