Qırğızıstan prezidenti yeni baş naziri təsdiqləyib

Qırğızıstan prezidenti Almazbek Atambayev yeni hökumətin təsdiq edilməsi ilə barədə fərman imzalayıb.
 
Fərmana əsasən, Temir Sariyev ölkənin yeni baş naziri təyin olunub.
 
“Prezident hökumətin bütün yeni tərkibini təsdiq etmək haqqında fərman imzalayıb”,- deyə dövlət başçısının mətbuat katibinin bəyanatında deyilir.
 
Xatırladaq ki, Temir Sariyevin namizədliyini və onun kabinetinin tərkibini 2 gün əvvəl parlament də təsdiqləyib. 

Google+ WhatsApp ok.ru