Quantanamo həbsxanasının mühafizəçisi müsəlman oldu

Quantanamo həbsxanasının əvvəlki mühafizəçisi Terri Brooks müsəlman olub. Maide.az xəbr verir ki, o, müsəlman olmasını belə izah edib: "Adım Terri Brooksdur. Əvvəl ordu nümayəndəsi idim. Müsəlman olduğum yerdə - Quantanamoda mühafizəçi işləyirdim. Orduya getməmişdən əvvəl, xüsusən axşamlar dostlarımla şəhərdə görüşür, içki içirdim. Həddindən artıq içirdim. Sonra orduya getdim, çünki həyatımdan məmnun deyildim. Daha səmərəli olmaq, ata-anamı, Brooks ailəsini qürurlandırmaq istəyirdim. Məhz bu zaman "sıfır nöqtəsi"nə getdik. Yəni o gün "sıfır nöqtəsini" görə bilirdik.
 
Həqiqətən bu inanca qarşı intensiv şəkildə nifrət və qəzəb təşkil etdilər. Bu 775 nəfərə təəssüf. Mənə gülməli gəlir. Hazırda 550 nəfəri evlərinə geri göndərdik. Günahkar deyildilər. Hər zaman gülümsəyirdilər. Belə olmaq üçün inancında, zehnində başqa bir şey olması lazımdır. Çünki məsələn, mən hər zaman gülümsəmirəm. Bu heyrətamiz bir şeydir; səndə, məndə olmayan nə var ki? Namazları, namazda nə dediklərinə nəzarət edilirdi. Bu insanlara qarşı bu cür həssas və əlimizin tətikdə olmasına ehtiyac yoxdur. 590 məhbusun lideri bir nəfər idi. Onun mənə verdiyi suallar düşünməyimə yardım edirdi və İslamı qəbul etməyimdə böyük paya sahib idi. Onunla bərabər şəhadət gətirdim, məni təbrik etdi.
 
Məncə, özünü tamamilə İslama uyğunlaşdırmaq, İslami bir həyat yaşamaq və yaxşı bir müsəlman olmaq və eyni zamanda Amerika vətəndaşı olmaq mümkündür. Müsəlman olduqdan sonra hiss etdim ki, bir qapı bağlananda Allah daha yaxşı bir qapı açır. İslamı tapdım, amma bəlkə də başqa bir yerdə tapmaya bilərdim."

Google+ WhatsApp ok.ru