Qubada kəndin qaz tənzimləyicisi oğurlanıb, 70 abonent qazsız qalıb

Qubada kəndin qaz tənzimləyicisi oğurlanıb, 70 abonent qazsız qalıb

Quba rayonunun Alekseyevka kəndində qaz tənzimləyici qurğu oğurlanıb.
 
Bu səbəbdən kənddə 70-dən çox abonentin qazla təchizatında problem yaranıb. Hadisə yerinə Quba rayon Polis Şöbəsinin və Qaz İstismar Sahəsinin (QİS) əməkdaşları cəlb olunub.
 
QİS-dən verilən məlumata görə, bundan əvvəl rayonun Alpan və Barlı kəndlərində də oxşar hadisə olub. Hazırda kəndə mavi yanacağın verilməsi üçün işlər aparılır. 
 
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. (apa) /

Google+ WhatsApp ok.ru