Qubaya yağan aramsız yağışlar nəticəsində daha bir ev çöküb - FOTO 11 Noyabr 2016 02:00 Hadisə Hadisə rayonun Ərdəbil küçəsində qeydə alınıb Quba rayonunda yağan aramsız yağışlardan sonra daha bir evdə çökmə baş verib. "Report"un Şimal bürosu xəbər verir ki, torpaq qatının axması nəticəsində evin divarları aralanaraq qəzalı vəziyyətə düşüb. Hadisə rayonun Ərdəbil küçəsində yaşayan Salmanovlar ailəsinin evində qeydə alınıb. Ev sahibi 2 otağın tamamilə yararsız vəziyyətə düşdüyünü və divarlarda aralanmaların olması səbəbindən evin uçma təhlükəsinin olduğunu bildirib. Sakinlərin sözlərinə görə, növbəti dəfə güclü yağış yağacağı təqdirdə evin istifadəyə yararsız vəziyyətə düşmə ehtimalı böyükdür. Hazırda mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət olunub. Fövqəladə Hallar Nazirliyi və icra nümayəndələri evə baxış keçiriblər. Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Əlimərdan Orucov bildirib ki, hadisə ilə bağlı rayon rəhbəri ev sahibi ilə görüşəcək. Ondan sonra göstərilən tapşırıqlar əsasında tədbir görüləcək. / Teqlər : #Qubaya yağan aramsız yağışlar nəticəsində daha bir ev çöküb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Masallı və Lerikdə sürüşmə olub, yaşayış evləri təhlükəli vəziyyətlə üzləşib Bakıda doğuş zamanı körpə ölümü baş verib