Qunduzda insan faciəsi

Əfqanıstanın şimalında yerləşən Qunduz şəhəri insan faciəsi ilə üzləşib
Maide.az xəbər verir ki, Əfqanıstan hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən Qunduz şəhərinin tam şəkildə geri alınmasını elan olunsada əldə olunan  məlumatlara görə, hələlik bu şəhərin bir çox bölgəsi Talibanın işğalındadır və şəhərin geri alınması üçün əməliyyatlar davam edir. 
Qunduz şəhərinin vəziyyəti barəsində ziddiyyətli xəbərlər yayımlanır. Lakin bu şəhərdə olan müxbirlər bildirir ki, Qunduz sakinləri çoxlu problemlərlə üzləşib. " Qunduz şəhərinin vəziyyəti hələ də ağırdır. Mağazalar bağlıdır, insanların su və ərzaq ehtiyatları tükənib, Zaman keçdikcə şəhərin vəziyyəti daha da acınacaqlı olur. Taliban qruplaşmasının üzvləri əhalini yerli-yersiz güllələyir". 
Qeyd edək ki, Taliban qruplaşmasının üzvləri sentyabrın sonlarında  3 istiqamətdən Qunduz əyalətinə hücumlar təşkil ediblər. Cari il ərzində bu ikinci dəfədir ki, Taliban terror qruplaşmasının üzvləri Qunduz əyalətinə hücum edir. Taliban bundan öncəki hücumda da Qunduz əyalətinin bir neçə mövqeyi ələ keçirsədə onu quruyub saxlaya bilməmişdi.  /
 

 

Google+ WhatsApp ok.ru