`Quran xətləri` adlı kitab nəşr olunub

Kuveyt İslami  İncəsənət Mərkəzinin təşəbbüsü ilə “Quran xətləri” adlı kitab nəşr edib. 
Maide.az xəbər verir ki, bu kitabın müəllifi ərəb və islami xəttatlıq elmləri üzrə müəllim və İordaniya İslami Elmlər Universitetitinin Memarlıq və İncəsənət kafedrasının rəhbəri İdham Məhəmməd Hənşdir. 
Kitab 120 səhifədir və üç əsas hissədən ibarətdir – Quran xətləri, Çapxanalar üçün xüsusi xətlər və  müəlliflərin istifadə etdiyi xətlər. 
Kitabda tarix boyu Quranın yazılışında istifadə olunmuş müxtəlif xətlər göstərilib. Həmçinin kitabda  həmin xətlərin əsasən İslam coğrafiyasının hansı ərazilərində istifadə olunduğu bildirilir. / 
 
 

Google+ WhatsApp ok.ru