Qusarı su basdı, evlər uçuldu

Bu gün axşam saatlarında Qusarda güclü yağış yağıb.
 
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yağan güclü yağış rayonda fəsadlar törədib.
 
Rayonun küçələrini, evləri su basıb. Avtomobillər güclə hərəkət edir. Bundan başqa Qusar rayonunda 4 ev çöküb. Çökən evlərdən üçü Qusar şəhərində, digərisi isə rayonun Çiləgir kəndində yerləşir. Evlərin çökdüyü əraziyə texnika cəlb olunub.
 
Qusar rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, yağan güclü yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. /

Google+ WhatsApp ok.ru