Qızmar payız indiki erməni hakimiyyətini yaza çıxmağa qoymayacaq

“Biz erməni soyqırımının 100 illiyi ilə bağlı keçirilən tədbirlərin hazırlanması üçün vəsait əsirgəməyəcəyik”. Bunu Ermənistan baş naziri Ovik Abramyan bildirib. 
 
Onun sözlərinə görə, bu məqsədlə artıq 15 mln. dollar ayrılıb. Amma hökumət başçısı rəsmi statistikaya görə 35%-i yoxsulluq həddindən aşağıda, həddindən ağır yoxsulluq şəraitində olan ölkə əhalisinə dövlətin necə kömək edəcəyi barədə bir kəlmə də bildirməyib.
 
O.Abramyan həm də bu düşünülmüş tədbirin təbliğatçılıq məqsədlərini də gizlətməyib. "Biz istəyirik ki, Ermənistana daha çox insan gəlsin, gəlib yalnız soyqırımın deyil, Dağlıq Qarabağ uğrunda Azərbaycanla münaqişənin real mənzərəsi ilə tanış olsunlar". - deyə ovurğulayıb. 
 
Bununla yanaşı, hakim koalisiyaya daxil olmayan 4 parlament partiyası yenidən bəyan ediblər ki, mövcüd quruluşu yıxmaq üçün bu ilin payızında onlar fəaliyyətlərini kəskin fəallaşdıracaqlar. Bununla bağlı piar aksiyası aparmaq məqsədi ilə onlar hətta öz nümayəndələrini erməni diasporunun mənzil qərərgahları olan xarici ölkələrə göndəriblər. 
 
ANS-in məlumatına görə, bir sıra ekspertlər hesab edir ki, qızmar payız indiki erməni hakimiyyətinin soyqırım üzrə tədbirlərə qatılmasına imkan verməyəcək. Onları sadəcə tutduqları vəzifələrdən qovacaqlar. 
 
Düz deyirlər ki, gözləməliyik, cücəni payızda sayarlar. 

Google+ WhatsApp ok.ru