Qəzza əhalisindən yeni təşəbbüs: evlərin və məktəblərin damında əkin sahələri - FOTO

Qəzza əhalisindən yeni təşəbbüs: evlərin və məktəblərin damında əkin sahələri - FOTO

Qəzza zolağı, dünyada əhalinin sıx yaşadığı bölgələrdən biridir. Bu bölgədə əhali sionist rejimin onlara qarşı tətbiq etdiyi blokadadan başıuca çıxmağı və çətinliklərlə mübarizəni yeni-yeni təşəbbüslərlə həyata keçirir. 
 
Maide.Az xəbər verir ki, 2007-ci ildən çox ağır mühasirə şəraitində yaşayan Qəzza əhalisi gündəlik ərzaq tələbatını təmin etmək  üçün evlərin və məktəblərin damında əkin əkməyə başlayıb. Buna səbəb İşğalçı rejimin təcavüzü nəticəsində kənd təsərrüfatı məhsullarını əkmək üçün lazimi qədər torpaq sahəsinin olmaması və əkin sahələrinin bu rejim tərəfindən dağıdılmasıdır. 
 
Qəzzada yeni üslubda əkin layihəsinin icrasından məqsəd Qəzzada yeni əkin mədəniyyətinin yaradılmasıdır. “İndiki Qəzzada əkin əkmək üçün torpaq azdır. Bu təcrübə çox önəm daşıyır. Hazırda Qəzzada yeni üslubda əkin əkmək üçün 360 fələstinli qadın və uşağa təlim keçirilir. Həm insanlar işlə təmin olunur və həm də ərzağa olan tələbat təmin olunur”,  -deyə layihənin icraçılarından biri deyib.
 
Qəzza məktəblərində uşaqlara  bitkilər əkməyi və onları becərmək qaydaları öyrədilir. Məktəblərin damında yeni üslub əkin sahələri salınıb və məktəblilərə həmin bitkilərə qulluq edilməsi qaydaları öyrədilir. 
 
Bir çox evdar xanımlar da öz ailələrinin yeməyə olan gündəlik tələbatını təmin etmək üçün evlərinin damında əkin sahələri qurub və çalışır. Onlar əkdikləri bitki və səbziləri bazarda da satmaq imkanına malikdir. /
 
 
 
 

Google+ WhatsApp ok.ru