İrəvan Maydanında ilk: Sərkisyan getsin!

Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz olaraq keçirilən aksiyalarda ilk dəfə mövcud hakimiyyətin istefası tələb edilib.
 
Axar.az xəbər verir ki, etirazçıların koordinasiya qrupunun üzvü Qaqik Yeğiazaryan hakim rejimin yeritdiyi siyasəti antimilli, məsuliyyətsiz və talançı adlandırıb.
 
Koordinasiya qrupunun üzvü David Sanasaryan isə bildirib ki, tələblər yerinə yetirilməsə, növbəti mitinqdə “konkret rəsmilərin” istefası irəli sürüləcək.
 
Aksiya iştirakçıları növbəti mitinqi gələn həftənin cümə gününə təyin ediblər.
 
Qeyd edək ki, iyunun 19-dan etibarən İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilir. /

Google+ WhatsApp ok.ru