İstanbulda İŞİD-ə qarşı əməliyyat - 21 nəfər saxlanıldı 10 İyul 2015 01:00 Dünya Bu gün səhər saatlarında İstanbul ilə eyni zamanlı olaraq 4 vilayətdə İŞİD üzvlərinə qarşı əməliyyat başladılıb. Avropa.info xəbər verir ki, həyata keçirilən əməliyyatlar zamanı İŞİD üzvü olmaqda ittiham olunan 3-ü xarici vətəndaş olmaqla 21 nəfər saxlanılıb. B İstanbul baş polis idarəsinin Terrorla Mübarizə Şöbəsinin əməliyyat qrupları tərəfindən Şanlıurfa, Mərsin və Kocaeli vilayətlərində, həmçinin İstanbulun 13 rayonunda əvvəlcədən müəyyən olunmuş 29 ünvanda axtarış aparılıb. İstanbul polisindən əldə olunan məlumata görə saxlanılan şəxslər İŞİD üçün döyüşçü təmin etməkdə şübhəli bilinirlər. Digər 3 xarici vətəndaşın isə İŞİD tərəfində döyüşmək üçün Suriyaya keçmək istədikləri bildirilir. Axtarış zamanı 2 ov tüfəngi, çoxlu sayda mərmi, bir sıra sənədlər, rəqəmsal vasitələr və hərbi geyim aşkarlanaraq götürülüb./ Teqlər : #İstanbulda İŞİDə qarşı əməliyyat 21 nəfər saxlanıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yüngül mühərrikli təyyarə qəzaya uğradı - Türkiyədə İrəvan Maydanında ilk: Sərkisyan getsin!
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO